“Sözümü tutdum, “Kəpəz”i premyer liqada saxladım”

Bu gün “Kəpəz” premyer liqanın 35-ci turunda Qəbələdə “Neftçi”yə 1:3 yenildi. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Tərlan Əhmədov bunu söylədi:

“Futbolçular çox yorulub. Hər tur səfərdə oynayırıq. 70-ci dəqiqədən sonra komanda dayandı. Buna rəğmən, gözəl oyun göstərdik. Sonadək mübarizə apardıq. Sözümü tutdum, “Kəpəz”i premyer liqada saxladım.

Çempionata 1 tur qalıb. Hələ rəhbərliklə yeni müqavilə barədə söhbət olmayıb. İstərəm qalım, amma məndən asılı olmayan səbəblər var. Çox istərəm ki, adıma ləkə gəlməsin.

Qazilər daim mənimlə əlaqə saxlayır, işimi bəyənirlər. Təhdidlər də olub. Bundan qorxmamışam, əksinə daha ruhlanmışam. Çətin şəraitdə işləməyə alışmışam”.

Xatırladaq ki, Gəncə şəhər stadionunun ot örtüyü yararsız olduğundan, “sarı-göylər” ev oyunlarını Qəbələdə keçirir.

Kamran HACI, Qəbələ

Həmin kateqoriyadan