Suarez karyerasını bitirir?

Braziliya klubu “Qremio”nun hücumçusu Luis Suares karyerasına yaxın vaxtlarda son qoya bilər.

Allsport.az xəbər verir ki, futbolçu dizindəki ciddi problemlərə görə bu qərarı verə bilər.

36 yaşlı hücumçu klubun rəhbərliyinə bildirib ki, artıq sağ dizindəki ağrılara dözə bilmir və futbolu tərk etməyə hazırdır. Yaxın günlərdə oyunçunun klubun idarə heyətiylə görüşəcəyi planlaşdırılır.

Suares ötən il dekabrın sonunda “Qremio”ya qoşulub. O, iki illik müqavilə imzalayıb.

Həmin kateqoriyadan