- Baxış sayı: 52
- 09 Noyabr 2026 23:25
- Baxış sayı: 230
- Noyabr 09, 2026
- 0

2020/2021 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçu ilə müqavilə müddətini artırıb. Allsport.az xəbər verir ki, Elvin Bədəlov növbəti mövsümdə də komandada çıxış edəcək.
2019-cu ildə “gənclik şəhəri” təmsilçisinə qoşulan Bədəlov ümumilikdə 20 oyun keçirib. 1343 dəqiqə meydanda olan mərkəz müdafiəçi 1 məhsuldar ötürmə ilə də yadda qalıb.