“Sumqayıt” güney azərbaycanlı hücumçu ilə güclənib

“Sumqayıt” güney azərbaycanlı hücumçu ilə güclənib

Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” heyətini daha bir soydaşımızla gücləndirib. Allsport.az saytı xəbər verir ki,
“ağ göyərçinlər” güney Azərbaycandan Mehdi Şərifi ilə 2-illik müqavilə imzalayıb. Hücumçu yeni komandasında “70” nömrəli geyimdə çıxış edəcək.

Qeyd edək ki, Mehdi karyerası ərzində “Sepaxan” (74 oyun, 27 qol), “Traktorsazi” (37 oyun, 4 qol) və son olaraq isə “Perspolis” (4 oyun) klublarının şərəfini qoruyub. 26 yaşlı futbolçu 2 dəfə İran çempionu (2014/15, 2018/19), 2 dəfə isə ölkə kubokunun qalibi olub (2012/13, 2018/19).

Həmin kateqoriyadan