“Sumqayıt” klubuna medallar təqdim edilib

AFFA yüksək qızlar liqasının 2022/2023-cü illər mövsümünə yekun vurulub.

Allsport.az xəbər verir ki, “Kapital Bank Arena”da çempionatın sonuncu – 18-ci turunun “Sumqayıt” – 8 №-li iOEUGiM (7:4) oyunu keçirilib.

Qarşılaşmadan dərhal sonra mövsümü ilk üç pillədə tamamlayan komandalara müvafiq olaraq, qızıl, gümüş və bürünc medallar təqdim olunub. “Sumqayıt” 2023/2023-cü illər mövsümünün qalibi, “Neftçi” ikinci, “Xırdalan Siti” komandası isə üçüncü olub. “

Xırdalan Siti” komandasının üzvü Fidan Cəfərova mövsümün ən yaxşı oyunçusu, “Neftçi”nin oyunçusu Məryəm İsayeva isə mövsümün ən yaxşı qapıçısı seçilib. Şəfəq Nəsirova (“Sumqayıt”) 64 qolla mövsümün ən məhsuldar oyunçusu olub.

Mükafatları AFFA-nın texniki direktoru Cahangir Həsənzadə, qadın futbolu departamentinin rəisi Əminə Həsənova, “Sumqayıt”ın prezidenti Riad Rəfiyev və U-17 (qadınlar) milli komandasının baş məşqçisi Nərgiz Qurbanova təqdim ediblər.

Həmin kateqoriyadan