- Baxış sayı: 20
- 09 Noyabr 2026 23:25
- Baxış sayı: 205
- Noyabr 09, 2026
- 0

Premyer liqanın 12-ci turunda keçiriləcək “Sumqayıt” – “Qarabağ” matçından əvvəl xüsusi tədbir olacaq.
Allsport.az xəbər verir ki, 22 noyabr Sumqayıta şəhər statusunun verilməsinin 70-ci ildönümünə təsadüf etdiyindən “Sumqayıt” – “Qarabağ” oyununun başlama saatından 30 dəqiqə əvvəl azarkeşlər və şəhər ictimaiyyəti üçün stadionda musiqili proqram təşkil ediləcək.
Noyabr 22-də “Kapital bank arena”da keçiriləcək “Sumqayıt” – “Qarabağ” matçına saat 19:00-da start veriləcək.