- Baxış sayı: 33
- 22 Sentyabr 2026 19:37
- Baxış sayı: 234
- Sentyabr 17, 2026
- 0

Allsport.az xəbər verir ki, Azərbaycan premyer liqasının 34-cü turunun oyun cədvəlində dəyişiklik edilib. Belə ki, “Sabah” klubu 13 mayda keçiriləcək “Sabah” – “Beşikdaş” xeyriyyə matçı ilə əlaqədar olaraq peşəkar futbol liqasına rəsmi müraciət ünvanlayıb. “Sabah” klubunun müraciətini, “Sumqayıt” klubunun razılıq məktubunu nəzərə alan peşəkar futbol liqasının qərarı ilə 34-cü turun “Sumqayıt” – “Sabah” qarşılaşması 14 maydan 17 maya təxirə salınıb.
Qarşılaşmanın başlama saatı ilə bağlı əlavə məlumat veriləcək.