- Baxış sayı: 38
- 22 Sentyabr 2026 23:58
- Baxış sayı: 237
- Sentyabr 17, 2026
- 0

Yanvarın 12-dən 26-dək Antalyada təlim-məşq toplanışında olacaq “Sumqayıt”ın daha bir rəqibi məlum olub.
Allsport.az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi Qazaxıstanın “Şaxtyor” klubu ilə qarşılaşacaq. Karaqanda təmsilçisi matçın yanvarın 25-də keçiriləcəyini elan edib.
Ayxan Abbasovun rəhbərlik etdiyi komanda yanvarın 14-də Macarıstanın “Kaposvar”, 17-də Rumıniyanın “Politexnika İaşi”, 21-də isə Polşanın “Arka” klubları ilə qarşılaşacaq.