“Sumqayıt” və “Zirə”də futbolçu dəyişikliyi

Topaz premyer liqasında çıxış edən “Sumqayıt” və “Zirə” klubları futbolçu yerdəyişməsinə dair razılığa gəliblər. Allsport.az saytı xəbər verir ki, əvəzləmə bu gün rəsmən həyata keçiriləcək. “Qartallar” mərkəz müdafiəçisi Adil Nağıyevin əvəzinə “kimyaçılarda”da eyni mövqedə çıxış edən Bəxtiyar Həsənalızadəni heyətinə cəlb edəcək.

Qəsəbə təmsilçisinin hazırkı baş məşqçisi Samir Abbasov ötən mövsüm “Sumqayıt”a rəhbərlik edib. Onun “gənclik şəhəri” təmsilçisindəki həmkarı Ayxan Abbasov isə “Zirə”dən bu ilin avqustunda ayrılıb. Dəyişikliyin əsas səbəbi hər iki mütəxəssisin potensialına daha yaxşı bələd olduqları oyunçunu öz heyətlərində görmək istəyidir.

Qeyd edək ki, daha əvvəl “kimyagərlər” “Neftçi”dən ayrılan qapıçı Rəşad Əzizlini heyətinə qatıb.

Həmin kateqoriyadan