“Sumqayıt”da ən çox oynayan 10 futbolçu

“Sumqayıt” FK 10-cu ildönümü ilə əlaqədar olaraq “Yaxın keçmişə səyahət” rubrikasını davam etdirir. Allsport.az xəbər verir ki, klub bu dəfə 10 illik tarixində komandanın heyətində ən çox 10 oyun keçirmiş futbolçu haqqında məlumat verib.

2013-cü ildən komandanın şərəfini qoruyan Vurğun Hüseynov siyahıya başçılıq edir. Kapitan ümumilikdə “Sumqayıt”ın heyətində 164 oyun keçirib.

“Sumqayıt”ın heyətində 10 illik tarix ərzində ən çox oyun keçirmiş futbolçular:

1. Vurğun Hüseynov – 164
2. Bəxtiyar Həsənalızadə – 160
3. Slavik Alxasov – 128
4. Amil Yunanov – 91
5. Aleksandr Çertoqanov – 85
6. Pərdis Fərcad-Azad – 84
7. Samir Abasov – 82
8. Murad Ağayev – 81
9. Xəyal Nəcəfov – 79
10. Uğur Pamuk – 78.

Həmin kateqoriyadan