“Sumqayıt”da 3 zədəli

Topaz premyer liqasının 8-ci turunda “Sabah”la qarşılaşacaq “Sumqayıt” hazırlığı davam etdirir. Allsport.az saytı xəbər verir ki, komanda baş məşqçi Nazim Süleymanovun rəhbərliyi ilə bu gün saat 11:00-da növbəti məşqini keçirib. U-21 millinin toplanışında olan Süleyman Əhmədov, Yusif Nəbiyev və Süleyman Süleymanov çalışmada iştirak etməyiblər.

Yüngül zədəsi olan Şəhriyar Əliyev və Elvin Məmmədov fitness zalında fərdi məşqlə, Əfran İsmayılov isə meydançada yüngül qaçışla kifayətlənib. 1.5 saat davam edən hazırlıq prosesində topla müxtəlif hərəkətlər və taktiki gedişlər üzərində çalışılıb. Məşqə ikitərəfli oyunla yekun vurulub.

Xatırladaq ki, “Sumqayıt” – “Sabah” görüşü 21 oktyabr saat 17:00-da “Dalğa arena”da keçiriləcək və “CBC Sport” telekanalı ilə canlı yayımlanacaq.

Həmin kateqoriyadan