“Sumqayıt”da azarkeşlərlə görüş

Bu gün “Sumqayıt”ın prezidenti Riad Rəfiyev və yeni baş məşqçi Ayxan Abbasov klubun bazasında azarkeşlərlə görüşüb. Allsport.az saytı xəbər verir ki, tədbirdə rəsmi fanklubun üzvləri iştirak edib.

Görüş zamanı Ayxan Abbasov azarkeşlərin dəstəklərinə ehtiyaclarının olduğunu dilə gətirməklə yanaşı onların suallarını cavablandırıb. Komanda rəhbərliyi, baş məşqçi və azarkeşlər arasında fikir mübadiləsi aparılıb, fanklub üzvlərinin təklifləri dəyərləndirilib.

Həmin kateqoriyadan