- Baxış sayı: 36
- 22 İyun 2026 11:16
- Baxış sayı: 66
- İyun 22, 2026
- 0

Yeni mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt”, son klubu Kipr “Anortosis”i olan Çad millisinin üzvü Kasimir Ninqa ilə 1 illik müqavilə imzalayıb. Allsport.az saytı xəbər verir ki, 30 yaşlı cinah hücumçusu “11” nömrəli geyimdə çıxış edəcək.
O, karyerası ərzində “Monpelye”, “Kann”, “Anje” (hamısı – Fransa), “Sivasspor” (Türkiyə), “Anortosis” (Kipr) kimi klublarda çıxış edib. Çad millisində 18 oyun keçirən Ninqa 5 dəfə rəqib qapılarına yol tapıb.