“Sumqayıt”da təbrizli hücumçu

“Sumqayıt” heyətinə yeni futbolçu cəlb edib. Allsport.az saytı xəbər verir ki, “kimyaçılar” Təbrizin “Maşinsazi” klubundan Peyman Babayini icarəyə götürüb. 

İran mətbuatı 25 yaşlı forvardın 2 il Azərbaycanda çıxış edəcəyini yazıb. İstanbulda keçirilən imzalanmada “Sumqayıt”ın prezidenti Riad Rəfiyev, “Maşinsazi”nin icraçı direktoru Huşəng Nəsirzadə və futbolçu özü iştirak edib. 

“Traktorsazi”nin yetirməsi olan Peyman bu mövsüm “Maşınsazi”nin heyətində 14 oyuna 2 qol vurub.

Həmin kateqoriyadan