“Sumqayıt” məğlubiyyətsiz liderliyini davam etdirir

Allsport.az xəbər verir ki, AFFA-nın təşkilatçılığı ilə keçirilən yüksək qızlar liqasında 17-ci turun oyunları keçirilib. “Sumqayıt” “Kapital Bank Arena”nın ehtiyat meydançasında Naftalan UGİM-i ilə qarşılaşıb.

Meydan sahibləri rəqibini 13 cavabsız topla məğlub edib.

“Sumqayıt”ın qızlar komandası keçirdiyi 16 qarşılaşmada 12 qələbə və 4 heç-heçə əldə edib. Aktivində 40 xalı olan qızlarımız 109 dəfə rəqib torlarını silkələyib. Hücumçumuz Şəfəq Nəsirova isə 63 qolla bombardirliyini davam etdirir.

Yüksək qızlar liqası
“Sumqayıt” – UGİM (Naftalan) 13:0
Qollar: Şəfəq Nəsirova (4), Ləman Mustafayeva (2), Aybəniz Əsgərzadə, Aliyə Dövlətli, Sevinc Babayeva, Nübar Eminova, Rövşanə Sərdarlı, Firuzə Şıxıyeva, Zəhra Əliyeva.

Həmin kateqoriyadan