“Sumqayıt”ın yeni baş məşqçisi

Ayxan Abbasov “Sumqayıt”ın baş məşqçisi təyin olunub. Allsport.az saytı xəbər verir ki, mütəxəssislə 2019/2020 mövsümünün sonuna qədər müqavilə imzalanıb. O, futbolçu karyerasında “Xəzri Buzovna”, “Şəfa Bakı”, MOİK, “Turan Tovuz” və “Qarabağ” kimi klubların şərəfini qoruyub.

Məşqçiliyə 2015-ci ildə “Zirə”nin əvəzedicilərində başlayan mütəxəssis 2016-cı ilin yanvarından əsas komandanın sükanı arxasına keçib. Onun rəhbərliyi ilə klub 2016/17 mövsümünü 4-cü pillədə tamamlayıb və Avropa liqasına vəsiqə qazanıb (6 qələbə, 6 heç-heçə, 2 məğlubiyyət).

Ayxan Abbasov 2017/2018 mövsümündə də “Zirə” ilə mövsümü 4-cü pillədə tamamlayıb (12 qələbə, 8 heç-heçə, 8 məğlubiyyət).

Həmin kateqoriyadan