Sxadadze: “Sevinirəm ki, hər iki hədəfə çatdıq”

Futbol üzrə Azərbaycan kubokunun 1/8 final mərhələsində “Şahdağ”ı məğlub edən “İnter” adını 1/4 final mərhələsinə yazdırdı. Allsport.az xəbər verir ki, qarşılaşmadan sonra hər iki komandanın çalışdırıcısı fikirlərini açıqlayıb.

Telman Cavadov (“Şahdağ”ın baş məşqçisi): “Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. “İnter” Premyer Liqanın güclü komandasıdır. Biz isə “Şahdağ”ın güclü komanda olması üçün çalışırıq. İnşallah, Premyer Liqada çıxış edəcəyik. Premyer Liqa klubu ilə 1-ci Divizion təmsilçisi arasında səviyyə fərqi hiss olunur”.

Kaxaber Sxadadze (“İnter”in baş məşqçisi): “İlk növbədə hədəf növbəti mərhələyə yüksəlmək idi. İkinci planımızda isə praktikası az olan futbolçulara şans vermək vardı. Sevinirəm ki, hər iki hədəfə çatdıq. Oyunu zədəsiz başa vurmaq da yaxşı oldu. Qarşıda bizi çətin oyunçular gözləyir. Həmin qarşılaşmalara hazırlaşmalıyıq.”

Həmin kateqoriyadan