Təbriz klubları üçün uğurlu həftə

İran Pro Liqasında 13-cü turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Güney Azərbaycanı təmsil edən “Traktorsazi”, “Malavan” və “Göstəriş” klubları da növbəti matçına çıxıb.

Bu turda Cənubi Azərbaycan derbisi baş tutub. Belə ki, “traktorçular” səfərdə Ənzəlinin “Malavan” komandasının qonağı olublar. “Traktorsazi” rəqibini 1:0 hesabıyla məğlub edib.

Təbrizin digər komandası “Göstəriş” də turu qələbə ilə başa vurub. Bu komanda isə doğma meydanda “Sepahan”a qalib gəlib – 1:0.

Bu nəticələrdən sonra “Göstəriş” 16 klub arasında 20 xalla 6-cıdır. “Traktorsazi” 18 xal toplayıb və 9-cu pillədədir. “Malavan” isə 16 xalla 10-cudur.

Həmin kateqoriyadan