Təcrübə mübadiləsi

Bu gün FIFA-nın dəstəyi ilə Bakıda AFFA-nın və Orta Asiyanın üzv assosiasiyalarının futbol təcrübəsi və bilik mübadiləsi seminarı öz işinə başlayıb.

Allsport.az saytı xəbər verir ki, FIFA-nın və Qırğızıstan, Türkmənistan, Tacikistan və Özbəkistan futbol assosiasiyalarının nümayəndələrinin iştirak etdiyi tədbirdə AFFA-nın inkişaf strategiyası, klublar haqqında qanunvericiliyin tələbləri, klub lisenziyasında hüquqi və maliyyə meyarlarının nəzərə alınması, qadın futbolu, texniki inkişaf kimi bir neçə mövzu haqqında təqdimatlar qonaqların diqqətinə çatdırılıb.

Toplantının 2-ci günü iştirakçılar Bakı olimpiya stadionu, “Bakcell arena”, “Dalğa” futbol mərkəzi ilə tanış olduqdan sonra, Avropa liqasının qrup mərhələsi çərçivəsində Tofiq Bəhramov adına respublika stadionunda “Qarabağ” – “Düdelanj” oyununu izləyəcəklər. 

Həmin kateqoriyadan