Tərlan Əhmədov: “Bizi çətin marafon gözləyir”

“Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov Antalyadakı təlim-məşq toplanışında Slovakiyanın “Zemplin” klubu ilə keçirilən yoxlama oyunundan sonra (1:1) fikirlərini bölüşüb. Allsport.az xəbər verir ki, 48 yaşlı mütəxəssis oyunu şərh edib:

“Əvvəlki iki matçdan fərqli olaraq daha az şans qazanan futbolçuları meydana buraxdım. “Arsenal”la matçdan sonra futbolçularda yorğunluq hiss olunurdu. Ruslan Qurbanovun zədələnməsi son iki matçda planlarımızı pozdu.

Buna baxmayaraq, düşünürəm ki, 13 gün ərzində komanda toparlana bildi. Qarşıda bizi çətin marafon gözləyir. Mövsümün sonuna qədər maksimum xal toplayıb, çempionatı istədiyimiz pillədə başa vurmaq niyyətindəyik”.

Həmin kateqoriyadan