Tərlan Əhmədov: “Bu qədər fasilədən sonra baxımlı futbol gözləmək düzgün deyil”

“Neftçi” ilə “Keşlə” arasında keçirilmiş yoxlama oyunundan sonra təşçkil edilən mətbuat konfransında ikincilərin baş məşqçisi Tərlan Əhmədov fikirlərini bildirdi. Allsport.az xəbər verir ki, o, 1:2 hesablı məğlubiyyəti belə şərh edib:

“İşimizə başlamaq xoşdu. Amma bu gün futbolçulardan nəsə tələb etmək düzgün deyil. 8 gündü məşqlərə başlamışıq. Çalışmışıq ki, futbolçuları topa uyğunlaşdıraq. Səhvlər var, bunun üzərində iş gedir. Komandanın oyunundan razı qaldım.

Fasilədən sonra fərqli oynadıq, rəqibə təzyiq etdik. Baxımlı futbol gözləmək düzgün deyil. Bu qədər fasilədən sonra gözəl futboldan danışmaq üçün tezdi. Futbolçuların psixoloji bariyeri aşa bilmədiyi hiss olunurdu”.

Həmin kateqoriyadan