Tərlan Əhmədov: “Futbolçuların əzmkarlığından razı qaldım”

Premyer liqanın 15-ci turunda səfərdə “Qəbələ”ni 2:1 hesabı ilə məğlub edən “Keşlə”nin baş məşqçisi Tərlan Əhmədovun mətbuat konfransı keçirilib. Allsport.az xəbər verir ki, 48 yaşlı mütəxəssis qələbəni şərh edib:

“Bilirdik ki, uzun fasilədən sonra ilk oyun çətin olur. Buna baxmayaraq, futbolçularımın oyunundan, əzmkarlığından razı qaldım. Ruslan Qurbanovun oynamaması bizim üçün böyük itki idi. Lakin bu gün mütləq qələbə qazanmaq istəyirdik. “Qəbələ” komandasına isə gözəl oyuna görə təşəkkür edirəm”.

Həmin kateqoriyadan