Tərlan Əhmədov: “Heç bir məşqçi bunu yaşamaq istəməz”

Premyer liqanın 17-ci turunun “Neftçi” – “Keşlə” (3:1) oyunundan sonra keçirilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Tərlan Əhmədov jurnalistlərin suallarını cavablandırdı.

Allsport.az xəbər verir ki, 48 yaşlı mütəxəssis məğlubiyyəti şərh edib:

“Ardıcıl 2 oyun məğlub olmaq çox acı hissdir. Heç bir məşqçi bunu yaşamaq istəməz. Görünür ki, işimizin belə uğursuzluqlarla bağlılığı  var. Qarşıda 11 oyun var. Ardıcıl 2 matç uduzan komandanın oyunundan danışacağım söz yoxdur.

Futbolçular əziyyət çəkirlər. Onların haqqını tapdalamaq olmaz. Hər halda, məğlubiyyətdə ən böyük günah məndədir. Görünür, hələ komandanı tam formalaşdıra bilməmişik. Qışdan sonra eniş var. Bunu yoluna qoymalıyıq. Səbirlə işimizi davam etdirməliyik”.

Həmin kateqoriyadan