- Baxış sayı: 40
- 22 İyun 2026 23:07
- Baxış sayı: 43
- İyun 22, 2026
- 0

Premyer liqada 16-cı turun “Keşlə” – “Səbail” (0:1) oyunundan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Tərlan Əhmədov fikirlərini bölüşüb.
Allsport.az xəbər verir ki, 48 yaşlı mütəxəssis məğlubiyyəti şərh edib:
“İlk oyundan sonra öz meydanımızda həyəcan daha çox hiss olunurdu. Matçın əvvəlindən oyunumuzu çətinliklə tapırdıq. Rəqib bizi əks-hücumlardan tuturdu.
İstədiyimiz oyunu qura bilmirdik. Şanslarımız da oldu. Bu gün bəxt bizim tərəfimizdə deyildi. Hələ görüləsi çox işimiz var. Kristavao tam uyğunlaşa bilməyib. Komandaya irad da bildirə bilmirəm”.