Tərlan Əhmədov: “Qış fasiləsinə yüksək əhval-ruhiyyədə yollanmaq vacib idi”

“Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov premyer liqanın 14-cü turunda “Qarabağ”la oyundan (2:2) sonra mətbuat konfransında fikirləni bölüşüb.

Allsport.az xəbər verir ki, 48 yaşlı mütəxəssis oyunu şərh edib:

“İtkilərə baxmayaraq, komandamdan mübarizəli oyun gözləyirdim. Lakin bu qədər gözəl mübarizə mənim üçün gözlənilməz oldu. Nəticədən daha çox, sərgilədiyimiz oyun və gənc futbolçumuz Xəzər Mahmudovun debütü məni sevindirdi. Qış fasiləsinə yüksək əhval-ruhiyyədə yollanmaq çox vacib idi”.

Həmin kateqoriyadan