- Baxış sayı: 6
- 22 İyun 2026 13:04
- Baxış sayı: 66
- İyun 22, 2026
- 0

Bu gün “Kəpəz” premyer liqanın 33-cü turunda Qəbələdə “Sabah”a 0:3 yenildi. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Tərlan Əhmədov bunu söylədi:
“Rəqibi təbrik edirəm. Yaxşı çıxış etdi. Erkən qol planlarımızı pozdu. Yorğunluq öz sözünü deyir. Buna rəğmən, 2-ci hissədə yaxşı çıxış etdik.
Hətta bir məqamda top “Sabah”ın qapısından keçmişdi. Videotəkrarda bunun şahidi olduq. Daim səfərdə olmamağımız bizi geri salır. Çalışacağıq ki, son 3 oyunda 3 xal qazanıb komandanı premyer liqada saxlayaq”.
Xatırladaq ki, Gəncə şəhər stadionunun ot örtüyü yararsız olduğundan, “sarı-göylər” ev oyunlarını Qəbələdə keçirir.
Kamran HACI, Qəbələ