Taleh Ziyadov milli komandamızın üzvləri ilə görüşüb

Allsport.az xəbər verir ki, Azərbaycan badminton federasiyasının prezidenti Taleh Ziyadov cari ilin martından Petronans Malayziya badminton akademiyasında 2023-2024-cü illər ərzində fasiləsiz olaraq təlim məşq düşərgəsində iştirak edərək peşəkarlıq səviyyəsini artıran və orta təhsillərini həmin akademiyada davam etdirən yeniyetmələrdən ibarət milli komandamızın üzvləri Ülvi Hüseynov, Əmirxan İmanovƏminə İsmayılova ilə görüşüb.

Badmintonçularımızın akademiyada şəraiti, hazırlıq səviyyəsi ilə maraqlanan Taleh Ziyadov onlara uğurlar arzulayaraq qazanacaqları təcrübənin ölkəmizdə badmintonun inkişafına təkan verəcəyinə inandığını bildirib.

Petronans Malayziya badminton akademiyasını ziyarət edən Taleh Ziyadov eyni zamanda Malayziya badminton federasiyasının prezidenti Məhəmməd Norza Zəkəriyyə ilə də görüşüb. İşgüzar görüş çərçivəsində gələcək perspektivdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi məsələsi müzakirə olunub.

Azərbaycan badminton federasiyasının prezidenti Taleh Ziyadov, baş katib Ramil Hacıyev və milli komandanın baş məşqçisi Morteza Validarvi dünya badminton federasiyasının Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərində keçirilən illik toplantısında iştirak edib. Toplantı çərçivəsində Taleh Ziyadovla dünya badminton federasiyasının prezidenti Poul-Erik Hoyer Larsen arasında Afrikada badmintonun inkişafına dəstək memorandomu imzalanıb.

Həmin kateqoriyadan