Tanınmış mütəxəssis 74 yaşında dünyasını dəyişib

Furbol üzrə ümumittifaq dərəcəli hakim, “Fəxri bədən tərbiyəsi və idman işçisi” və “Əməkdar bədən tərbiyəsi və idman xadimi” Adil Ağayev 74 yaşında vəfat edib. Allsport.az xəbər verir ki, o, 1947-ci il mart ayının 24-də Bakı şəhərində anadan olub. O, 1973-cü ildə Azərbaycan dövlət bədən tərbiyəsi institutunu bitirib.

Adil müəllim 1975-1977-ci illərdə bədən tərbiyəsi və idman komitəsində, 1978-1980 və 1992-1995-ci illərdə Qaradağ rayon gənclər və idman idarəsində, 1980-1989 –cu illərdə Səttarxan adına (keçmiş Leytenant Şmidt) zavodun İdman klubunda, 1995-ci ildən 2017-ci ilə qədər Bakı şəhər gənclər və idman baş idarəsində məsul vəzifələrdə çalışmışdır.

Onun istər Azərbaycan gəncliyinin sağlam böyüməsi, yeni nəslin yetişdirilməsi proseslərində, istərsə də respublika səviyyəli idman hərəkatında tədbirlərin, xüsusilə futbol idman növünün təbliği və keçirilməsində əvəzsiz rolu olmuşdur.

Görkəmli idman xadimi, futbol mütəxəssisi və səmimi insan Adil Həbib oğlu Ağayevin əziz xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq. Bakı şəhər gənclər və idman baş idarəsinin kollektivi və respublika idman ictimaiyyəti adından mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

Həmin kateqoriyadan