“Tarixin şahidi oluruq, bu sevinci bizə yaşadanlara təşəkkür edirəm”

Premyer liqanın 9-cu turunda “Zirə” səfərdə “Sabah”ı 1:0 üstələyib. Allsport.az saytı xəbər verir ki, görüşdən sonra qonaqların baş məşqçisi Rəşad Sadıqov bunu söyləyib:

“Dövlətimizi, xalqımızı, rəşadətli ordumuzu böyük zəfər münasibətilə təbrik edirəm. Bu gün futboldan danışmaq istəmirəm. Məncə, indi futboldan danışmaq o qədər də vacib deyil. Tarixin şahidi oluruq, bu sevinci bizə yaşadanlara təşəkkür edirəm.

Çox xoşbəxtik ki, bu tarixi zəfərləri canlı görürük. Hər bir əsgərimizin, zabitimizin alnından öpürük, bağrımıza basırıq. Arzu edirik ki, işğal altında olan torpaqlarımızın hər qarışı geri qaytarılsın. İnşallah, tezliklə Qarabağda və digər rayonlarımızda da bayrağımız sancılar. Bu zəfər yaxındır”.

Həmin kateqoriyadan