- Baxış sayı: 42
- 30 Aprel 2026 20:55
- Baxış sayı: 44
- May 01, 2026
- 0

Tokio olimpiadasının ən gənc iştirakçısı Hend Zaza mübarizəni dayandırıb. Allsport.az saytı xəbər verir ki, 12 yaşlı suriyalı stolüstü tennisçi ilk görüşdə Avstriyanı təmsil edən Çin əsili Cia Liuya 0:4 hesabı uduzub. O, çıxışını belə dəyərləndirib:
“İdman qadın üçün sağlamlığın başlanğıcıdır. Həmçinin həlledici qərar verməkdə kömək edir. Səbirli olmağı da öyrəndim.
5 il öncə planetin ən böyük idman bayramında iştirak etməyi qarşıma məqsəd qoydum və bunu bacardım. Ümid edirəm ki, növbəti oyunlarında da iştirak edəcəyəm”.