“Çimayev Striklendə ustad dərsi keçə bilər”

Amerikalı ünlü döyüşçü Lük Rokhold rusiyalı Həmzət Çimayev və amerikalı Şon Striklend arasında UFC orta çəki titul döyüşü ilə bağlı gözləntilərini bölüşüb. Allsport.az saytı xəbər verir ki, tərəflər 10 mayda ABŞ-ın Nyu-Cersi ştatında UFC 328-də çempionluq kəməri uğrunda döyüşəcəklər.

“Həmzət daha istedadlıdır. Düşünürəm ki, Çimayev Striklendə ustad dərsi keçə bilər. Onun həmin amerikalı döyüşçünü məğlub etməsini görmək istərdim. Mən özüm də amerikalıyam, amma yaxşı insanları sevirəm. Həmzət əla insandır, Şon isə sadəcə axmaqdır”, – keçmiş UFC çempionu müsahibəsində deyib.

Xəmzət Çimayevin 15 MMA döyüşü və 15 qələbəsi var. Şon Striklendin 37 döyüşdə 30 dəfə sevinib.

Həmin kateqoriyadan