“Top son zamanlar qapıdan keçmək istəmir“

Bu gün premyer liqanın 20-ci turunda “Zirə” evdə “Sabah”a 0:1 uduzdu. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında ev sahibinin baş məşqçisi Rəşad Sadıqov bunu deyib:

“Oyunla bağlı danışacaq çox şey yoxdur. Futbolçularımı təbrik edirəm. Əla oynadılar. “Sabah”a qarşı oynamaq çox çətindir. Qol epizodlarımız var idi.

Top son zamanlar qapıdan keçmək istəmir. Səbirli olub, bunun üzərində işləyib, daha da yaxşılaşdırmaq lazımdır”.

Həmin kateqoriyadan