“Topaz”: Liqa kubokunun bütün oyunlarına təkli mərc fürsəti

“Topaz”da “fırtına qabağı sakitlikdir”. Allsport.az saytı xəbər verir ki, əvvəlki həftələrdən fərqli olaraq, bu cümə oyun proqramında çox az matç yer alsa da, sabah – şənbə günü 200-ə yaxın qarşılaşma mərc həvəskarlarının seçiminə buraxılacaq.

Bu gün isə Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru “Topaz” müştərilərinə 19 oyun təklif edir. Bunlardan 16-sı canlı mərcə açıq olacaq. 4 qarşılaşmaya isə həm canlı, həm də “təkli” mərc etmək olar. “Təkli” mərc edə biləcəyiniz oyunların dördü də Portuqaliya liqa kubokunun matçlarıdır. Ölkə daxilində qatıldığı bütün yarışların əsas favoritlərindən sayılan “Benfika” “Aveş” klubunun qonağı olacaq. Portuqaliya Liqa kuboku əvvəlcə qruplar üzrə keçirilir, daha sonra pley-offçular müəyyənləşir.

Hazırda 2 turdan sonra “Benfika” 6 xalla “A” qrupunun vahid lideridir. “Aveş” isə 4 xalla ikincidir. Növbəti mərhələyə yalnız qrup qaliblərinin çıxacağını nəzərə alsaq, “Aveş”i axşamkı dueldə yalnız qələbə qane edir. Amma “Benfika” üzərində qələbə “Aveş”lilər üçün əlçatmaz xəyala bənzəyir. Bu komanda indiyədək “Benfika”ya qalib gələ bilməyib. Kim bilir, bəlkə də, o tarixi an bu gecə yaşanacaq. Gecə saat 01:15-də başlanacaq qarşılaşmaya “Topaz”da canlı və “təkli” mərc edə bilərsiz. Əmsallar: “Aveş”in qələbəsi 5.60, heç-heçə 3.75, “Benfika”nın qələbəsi 1.35.

Bununla yanaşı, Portuqaliya liqa kubokunun “Tondela” – “Nasional Madeyra” (saat 23:00, kod 135), “Setubal” – “Braqa” (saat 23:00, kod 136) və “Rio Ave” – “Pakoş Ferreyra” görüşlərinə də “təkli” mərc etmək olar.
Mərcinizi ən yaxın “Topaz” məntəqəsində və ya “www.etopaz.az” saytı vasitəsilə edə bilərsiz. 

Həmin kateqoriyadan