“Topaz”: Rusiyada “qonşular”ın duelləri

Futbolla zəngin qaynar həftəsonu arxada qalsa da, proqnozsevərlər üçün “nəfəsini dərməyə” vaxt yoxdur. Allsport.az saytı xəbər verir ki, bir sıra ölkə çempionatlarında həyəcan bu gün də davam edir. Azərbaycanın yeganə qanuni mərc oyunlaır operatoru olan “Topaz” dünyanın futbol meydanlarında keçiriləcək qarşılaşmalardan 59-nu bugünkü oyun proqramına daxil edib. Dioqqətçəkən odur ki, bu görüşərdən 30-na canlı, 14-nə isə həm canlı, həm də “təkli” mərc etmək olar.

Bazar ertəsi – futbol matçlarının adətən az olduğu bir gündə “Topaz”ın 14 matça “təkli oyun” statusu verməsi müştəri maraqlarına hesablanıb. Qazanmaq şansının yüksək olduğu “təkli oyunlar” sırasında İngiltərə, İspaniya, Portuqaliya, İsveç, Norveç, Türkiyə və Rusiya liqalarının görüşləri var. İspaniya la liqasında 11-ci tura Barselonada yekun vurulacaq. Şəhərin ikinci böyük komandası “Espanyol” “Atletik”i qəbul edəcək. Bu dueldə İspaniyanın 2 böyük etnosunun nümayəndələri – katalonlarla basklar üz-üzə gələcək. 5-ci sırada qərarlaşan “Espanyol”dan fərqli, 17-ci yerdə gedən Bilbao təmsilçisinin vəziyyəti yaxşı deyil. Maraqlı odur ki, cədvəldə tərəflər arasında 12 pilləlik “uçurum” olsa da, hər ikisi cəmi 2 dəfə məğlub olub. “Atletik”in 2 məğlubiyyətə rəğmən, autsayderlər qrupunda qərarlaşmasının səbəbi isə bilbaoluların bu mövsümdə ən çox heç-heçə oynayan 2 komandadan biri olmasıdır (7 heç-heçə). Onlar avqustun 21-dən bu yana – düz 9 görüşdür qələbə qazana bilmir. “Atletik”in “Espanyol”la son 2 səfər oyunu “sülh”lə bitib (1:1, 0:0). Bu dəfə nəyin necə olacağını təxmin edənlər “Topaz”ın təklif etdiyi bu əmsallarla matça həm canlı, həm də “təkli” mərc edə bilər: “Espanyol”un qələbəsi 1.80, heç-heçə 3, “Atletik Bilbao”nun qələbəsi 3.75.

İngiltərə premyer liqasında isə 11-ci turun son matçında bu mövsümdə ən zəif oynayan 2 komanda – “Haddersfild”lə “Fulhem” qarşılaşacaq. 10 turda bir qələbəsi belə olmayan “Haddersfild”in cəmi 3 heç-heçəsi var. “Fulhem” isə ondan 2 xal çox toplayıb. “Haddersfild” cari mövsümdə premyer liqada ən az qol vuran (4 qol), “Fulhem” isə ən çox top buraxan (28 qol) komandadır. Bu dueldə qalib gələn tərəf turnir cədvəlində azı 2-3 pillə yüksəlmək imkanı qazanacaq. Amma statistika “zavallı” “Haddersfild”ə heç bir şans tanımır. Çünki indiyədək öz aralarında keçirilən 10 qarşılaşmanın heç birində “Fulhem” uduzmayıb (7 qələbə, 3 heç-heçə). Bu matçların hamısı aşağı liqada – Çempionşipdə baş tutub. Premyer liqa çərçivəsində isə tərəflərin ilk görüşü olacaq. Gecə saat 12-də başlanacaq bu “təkli” oyuna “Topaz”ın təklif etdiyi əmsallar: “Haddersfild”in qələbəsi 2.25, heç-heçə 3.15, “Fulhem”in qələbəsi 3.00.

Rusiya premyer liqasında da bu gün “qonşular”ın duelləri var. Günün ilk matçında – saat 15-də başlanacaq görüşdə 9-cu sırada qərarlaşan “Orenburq” 2 addım özündən irəlidəki “Rubin”i qəbul edəcək. Son 4 sırada yer alan komandalar da bu gün bir-birləri ilə qarşılaşacaq: “Ufa” – “Krılya Sovetov” (kod 1154, saat 17:30) və “Anji” – “Yenisey” (kod 1159, saat 20:00). Bu və digər matçlara “Topaz”da həm canlı, həm də “təkli” mərc etmək olar.

Həmin kateqoriyadan