“Topaz”da bu gün: Aşağı liqalar, yuxarı əmsallar

Azərbaycanın yeganə qanuni mərc oyunları olan “Topaz”ın bugünkü proqramında İngiltərənin reytinqinə görə 3-cü dərəcəli kubok yarışı sayılan “Çekatreyd kuboku”nun oyunları, həmçinin Fransa, İsveç, Şimali İrlandiya, Argentina, Braziliya, Meksika, Kolumbiya, Sinqapur, Əlcəzair və Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək müxtəlif statuslu futbol qarşılaşmaları yer alıb. Allsport.az saytı xəbər verir ki, status və reytinqindən asılı olmayaraq “Topaz” bu matçlara da cəlbedici əmsallarla mərc qəbul edir.

İngiltərədə “Çekatreyd kuboku”nun 14 matçına “ikili oyun”, iki görüşə isə “təkli oyun” kimi mərc etmək mümkündür. Bu görüşlər həmçinin canlı mərcə də açıq olacaq. Proqrama “təkli oyun” statusu ilə daxil edilən matçlar “Bredford” – “Oldhem” və “Luton” – “Milton Keynes Dons” qarşılaşmalarıdır. “Bredford” “Oldhem”dən fərqli olaraq 1-ci liqada çıxış etsə də, 2-ci liqa təmsilçisi ilə dueldə qələbəsi yetərincə yüksək əmsalla dəyərləndirilir – 2.20. Görünür, “Bredford”un ötən illərdə keçirilən son 3 ev görüşündə “Oldhem”i məğlub edə bilməməsi bu dəfə əmsallara da təsirini göstərib. Bu görüşdə heç-heçənin əmsalı 2.95, qonaq komanda “Oldhem”in qələbəsi isə 2.60-dır.

Gecənin digər “təkli oyun”unda isə “Luton” aşkar favoritdir. 1-ci liqada keçirdiyi son 5 matçın 3-də qalib gəlib, ikisində heç-heçə oynayan “Luton”un özündən bir liqada aşağıda oynayan “MK Dons”la kubok qarşılaşmasında qələbəsi 1.70 nisbətində dəyərləndirilir. Sensasiya həvəskarları isə heç-heçəyə 3.2, “MK Dons”un qələbəsinə 3.55 əmsalla mərc edə bilər.

“Topaz” hətta 2-ci, 3-cü dərəcəli futbol matçlarını da sizin üçün maraqlı və həyəcanlı edir. Oynamaq və qazanmaq isə öz əlinizdədir. Bol fürsətlər!!!

Həmin kateqoriyadan