“Topaz”da bu gün: Cəmi 5 oyun, 2-si təkli

Futbol liqalarının bir çoxunda Milad tətili başladığından, Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru “Topaz” bu gün müştərilərinə cəmi 5 matç təklif edir. Allsport.az saytı xəbər verir ki, bu görüşlərdən 4-cə canlı, ikisinə isə həm canlı, həm “təkli” mərc etmək olar.

“Təkli” oyunların hər ikisi Türkiyə super liqasının qarşılaşmalarıdır. Olduqca uğursuz mövsüm keçirən “Fənərbağça” ilin son matçında “Antalyaspor”un qonağı olacaq. Yeni baş məşqçi Ərsun Yanalın rəhbərliyi altında 3-cü oyuna çıxacaq “Fənər”i qarşı tərəfdə barışmaz bir rəqib gözləyir. Söhbət “Antalyaspor”un baş məşqçisi Bülent Korkmazdan gedir. Futbolçu ikən “Fənərbağça”nın əzəli və əbədi rəqibi “Qalatasaray”ın uzun illər kapitanı olmuş Bülent Korkmaz indi Antalyada çalışsa da, keçmiş rəqiblərinə qarşı prinsipaillığını saxladığı şübhə doğurmur.

“Sarı-lacivədrlilər” Ərsun Yanalla Super liqada ilk oyunda xal itirsə də (“Ərzurum” BB ilə 2:2), 4 gün əvvəl kubok matçında “Girəsunspor”u 5:2 hesabı ilə darmadağın edib. Antalya səfəri öncəsi futbolçularına “ilin son matçını qazanaq, tətilə yüksək əhvalla gedək” deyən Ərsun Yanalın komandasının bu axşam özünü necə göstərəcəyi maraq doğurur. Hazırda 26 xalla 7-ci yerdə qərarlaşan “Antalyaspor” qələbə qazanarsa, 2-6-cı yerləri bölüşdürən komandalarla eyni xala sahib olacaq. “Sarı bülbüllər” üçün qələbənin nə demək olduğunu anlatmağa isə ehtiyac yoxdur. Saat 21-də başlanacaq qarşılaşmaya “Topaz”da bu əmsallarla mərc etmək olar: “Antalyaspor”un qələbəsi 3.90, heç-heçə 3.50, “Fənərbaxça”nın qələbəsi 1.80.

Günün digər “təkli” mərc edə biləcəyiniz qarşılaşması isə “Akhisar Bələdiyyə” ilə “Konyaspor”un duelidir. Akhisarlılar autsayderlər qrupunda – 16-cı yerdədir. Konyalılar isə 8-ci sırada olmasına baxmayaraq, bir qələbəylə liderlərlə xal fərqini 2-yə endirə bilər. “Topaz”da bu görüşün əmsalları belədir: “Akhisar Bələdiyyə”nin qələbəsi 2.35, heç-heçə 2.90, “Konyaspor”un qələbəsi 2.60.

Mərcinizi ən yaxın “Topaz” məntəqəsində və ya “www.etopaz.az” saytı vasitəsilə edə bilərsiz.

Həmin kateqoriyadan