“Topaz”da bu gün: “Saraqosa” 6 illik tilsimi qıra biləcəkmi?

Milli çempionatlarda həftəsonu yaşanan ənənəvi “futbol bumu” başa çatsa da, “Topaz”da futbol və qazanmaq həyəcanı davam edir. Allsport.az saytı xəbər verir ki, Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru olan “Topaz” bu gün öz müştərilərinə 36 oyun təklif edir.
Bazar ertəsi proqramı saat 14:00-da Vyetnam liqasının oyunları ilə başlayır, sabah səhər saat 6:30-da start götürəcək ABŞ MLS liqasının matçı ilə yekunlaşır. Bir sözlə saatdan və məkandan asılı olmayaraq, mərc həvəskarları gecə-gündüz “Topaz”la futbol həyəcanını yaşaya bilər.

Günün proqramına daxil edilən matçlardan 4-nə “təkli oyun” kimi mərc etmək mümkündü. Bunlar Yunanıstan Super Liqasının “Ksanti” – “Larisa” (kod 1111, saat 20:00) və Fransa 2-ci liqasının “Soşo” – “Mets” qarşılaşmaları (kod 1126, saat 22:45), həmçinin İspaniya Sequndasının 2 oyunu – “Rayo Majadahonda” – “Sportinq Xixon” (kod 1117, saat 22:00) və “Saraqosa” – “Osasuna” (kod 1130, saat 23:00) görüşləridi.
Adlarına görə təbii ki, yaxın keçmişdə La Liqada oynamış “Saraqosa” ilə “Osasuna”nın dueli daha cəlbedicidi. Arxada qalan 7 turdan sonra komandalar turnir cədvəlində qonşudu. 1 xal çox toplayan “Saraqosa” 12-ci, “Osasuna” 13-cüdü. Turnir cədvəlində bir addım öndə olsa da, statistika “Saraqosa”nın əleyhinədi. Komanda sequndada son 3 turda qələbə qazana bilməyib. Səfərdə “Ovyedo” üzərində 4:0 hesablı qələbənin üstündən düz bir ay vaxt keçir.

Qələbə üçün darıxan saraqosalı fanatlar bu gün sevimli komandalarından 3 xal gözləsə də, ortada arzuolunmaz bir statistika var. “Saraqosa” düz 6 ildi “Osasuna”nı məğlub edə bilmir. Sonuncu dəfə 2012-ci ildə tərəflər La Liqada çıxış edəndə qələbəyə sevinib saraqosalılar. Hər iki komanda sequndaya düşəndən sonra isə “Osasuna” bir dəfə belə bu rəqibinə uduzmayıb. “Tilsim”in bu gün qırılacağına inananlar “Topaz”da “Saraqosa”nın qələbəsinə 1.95 əmsalla mərc edə bilər. Heç-heçənin əmsalı 2.8, “Osasuna”nın qələbə əmsalı isə 3.25 nisbətindədir.

İntuisiya və şansınızı “Topaz”la yoxlayın. Bu, daha real və sürətli qazancdır.

Həmin kateqoriyadan