- Baxış sayı: 36
- 06 May 2026 11:59
- Baxış sayı: 75
- May 05, 2026
- 0

“Barselona”nın hücumçusu Ferran Torres zədəsini sağaldaraq sıraya dönüb.
Allsport.az xəbər verir ki, baş məşqçi Hans-Diter Flik 25 yaşlı forvardın adını Çempionlar Liqasının 8-ci turunda “Kopenhagen”lə oyunun iştirak ərizəsinə daxil edib. Kataloniyalıların 4:1 hesablı qələbəsi ilə bitən matçda Torres 81-ci dəqiqədə meydana daxil olub.
Bu qələbə sayəsində “Barselona” turniri 5-ci pillədə başa vuraraq birbaşa 1/8 finala yüksəlib. “Barselona”da Pedri, Qavi və Kristensen zədəli, Frenki de Yonq isə cəzalı olduğu üçün bu oyunu buraxıblar.