- Baxış sayı: 19
- 07 Avqust 2026 10:00
- Baxış sayı: 187
- Avqust 05, 2026
- 0

“Keşlə” yeni transferini açıqlayıb. Allsport.az xəbər verir ki, paytaxt təmsilçisi malili yarımmüdafiəçi Sadio Tounkaranı transfer edib.
28 yaşlı oyunçu mövsümün sonunadək “qırmızılar”ın şərəfini qoruyacaq.
Tounkara daha əvvəl Azərbaycanda “Xəzər Lənkəran”, AZAL və “Zirə”də oynayıb. Onun son klubu Estoniya təmsilçisi “Narva Trans” olub.