- Baxış sayı: 50
- 22 İyun 2026 04:04
- Baxış sayı: 35
- İyun 22, 2026
- 0

AFFA-nın intizam komitəsinin iclası keçirilib.
Allsport.az xəbər verir ki, U-16 Liqasında “Sabah”a qarşı matçda “Sumqayıt”ın futbolçusu Əli Bədəlzadə hakimin icazəsi olmadan meydana daxil olduğuna görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırılıb. Bu üzdən oyunçu 1 matçlıq cəzalandırılıb.
Həvəskarlar liqasının 1/8 final mərhələsinin “Ramana” – “Lokomotiv Baku” görüşünün nəticəsi ləğv edilib. “Ramana”nın heyətində Haqverdi Həsənovun keçidi zamanı yarışın transfer qaydaları pozulduğuna görə 0:3 hesablı texniki məğlubiyyət verilib.