Tural Rzayev: “Bəxt və rəqib qapıçı qola imkan vermədi”

Topaz Premyer Liqasında 14-cü turu çərçivəsində keçirilən və qolsuz bərabərliklə yekunlaşan “Kəpəz” – “İnter” oyununun nəticəsi ilə Gəncə klubunun futbolçuları da barışmır. Allsport.az xəbər verir ki, bunu klub saytına açıqlamasında “sarı-göylər”in üzvü Tural Rzayev də qeyd edib.

“Oyun bizim üstünlüyümüz şəraitində keçdi. Qələbə qazanmağımız vacib idi. Bunun üçün də çox çalışdıq, bəxt və Səlahət Ağayev qola imkan vermədi. “İnter”in qolkiperi oyunu yüksək səviyyədə keçirdi. Komandasını bir neçə vəziyyətdə real qoldan xilas etdi”.

Həmin kateqoriyadan