- Baxış sayı: 19
- 22 İyun 2026 11:16
- Baxış sayı: 39
- İyun 22, 2026
- 0

“Turan Tovuz” futbol akademiyasının koordinatoru Rasim Əliyev, məşqçisi Elxan Abdıyev və qapıçı məşqçisi Yaməddin Əliyev yeniliklərlə tanış olmaq və təcrübələrini artırmaq məqsədi ilə Tbilisi “Dinamo”sunun akademiyasında olublar.
Allsport.az xəbər verir ki, 3 günlük səfər zamanı məşqçilər “Dinamo” futbol akademiyasının direktoru Giorgi İvanişvili, koordinatoru Qabriel Jervazi, baş seleksioneri Temuri Uqreçelidze və məşqçiləri ilə görüşlər keçiriblər.