“Turan Tovuz”un 2 ev oyunu dəyişdirildi

31 iyul Peşəkar futbol liqası tərəfindən Tovuz şəhər stadionunda geniştərkibli təftiş həyata keçirilib.

Allsport.az saytı xəbər verir ki, aparılan əsaslı işlər, stadionun hazırki durumu, azarkeşlərin və futbolçuların təhlükəsizliyi, oyunun canlı yayımı və VAR infrastrukturunun vəziyyəti nəzərə alınaraq PFL-in idarə heyəti rəqib komandaların razılıq məktubunu da əsas götürərək aşağıdakı qərarları qəbul edib:

1. Azərbaycan premyer liqasının 1-ci dövrəsinin oyunu “Araz Naxçıvan” – “Turan Tovuz”, 2-ci dövrənin oyunu “Turan Tovuz” – “Araz Naxçıvan” qarşılaşması kimi keçirilsin.

2. Azərbaycan premyer liqasının 1-ci dövrəsinin oyunu “Qarabağ” – “Turan Tovuz”, 2-ci dövrənin oyunu “Turan Tovuz” – “Qarabağ” qarşılaşması kimi keçirilsin.

3. Azərbaycan premyer liqasının 4-cü turundan etibarən Tovuz şəhər stadionu oyunları qəbul etməyə hazır hesab olunsun və bununla bağlı bütün işlər nəzarətdə saxlanılsın.

Tovuz şəhər stadionunda süni işıqlandırma sistemi sentyabrda istifadəyə veriləcək.

Həmin kateqoriyadan