- Baxış sayı: 52
- 09 Noyabr 2026 23:25
- Baxış sayı: 227
- Noyabr 09, 2026
- 0

Azərbaycan minifutbol federasiyasının (AMF) prezidenti və “Zirə” peşəkar futbol klubunun müşahidə şurasının sədri Orxan Məmmədov, İstanbulda Türkiyə futbol federasiyasının (TFF) prezidenti Məhməd Büyükelçi ilə görüşüb.
Allsport.az saytı xəbər verir ki, söhbət zamanı federasiyaların fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb, gələcəkdə mümkün layihələr və əməkdaşlıq perspektivləri müzakirə edilib.
Bundan başqa, idarəetmə sahəsində müəyyən təcrübələr bölüşülüb. Tədbirin sonunda tərəflər bir-birilərinə xatirə hədiyyələri təqdim ediblər.