UEFA Azərbaycana qoyduğu qadağanı ləğv etdi

UEFA icraiyyə komitəsi 2-ci Qarabağ müharibəsi zamanı Azərbaycan və Ermənistanda beynəlxalq matçların keçirilməsinə dair qoyulan qadağanı ləğv edib. Allsport.az saytı xəbər verir ki, bu addım tərəflər arasında atəşkəs razılaşması bağlandıqdan sonra ümumi şərtlər nəzərə alınaraq atılıb.

UEFA bu qadağanı oktyabrın 20-də qoymuşdu. Qadağa müddətində Azərbaycan yığması millətlər liqasının 2 matçını ölkə xaricində keçirib, “Qarabağ” isə Avropa liqasının qrup oyunlarını qardaş Türkiyədə keçirib.

Həmin kateqoriyadan