UEFA-dan Azərbaycan klublarına növbəti ödəniş

2018/19-ci il mövsümünü əhatə edən UEFA-nın “Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramı çərçivəsində, qeyd olunan mövsümdə premyer liqada çıxış etmiş, lakin UEFA-nın çempionlar liqası və Avropa liqasının qrup mərhələsinə vəsiqə qazanmamış klubların hesabına maliyyə vəsaiti köçürülüb. Allsport.az xəbər verir ki, Aşağıdakı cədvəl əsasında UEFA-dan ayrılan əlavə maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə köçürülüb:

“Neftçi” – 15 446.42 avro
“Səbail” – 15 446.42
“Qəbələ” – 15 446.42
“Zirə” – 15 446.42
“Sumqayıt” – 15 446.42
“Sabah” – 15 446.42
“Keşlə” – 15 446.42

Qeyd: “Keşlə” üçün nəzərdə tutulmuş vəsait klubun aylıq cari xərclərini ödəməyə görə növbəti aylarda futbolun inkişaf fondundan klubun hesabına köçürüləcək.

Həmin kateqoriyadan