- Baxış sayı: 35
- 23 Sentyabr 2026 18:54
- Baxış sayı: 116
- Sentyabr 23, 2026
- 0

Azərbaycan klublarının 2019-2020-ci il mövsümündə avrokuboklarda iştirakı üçün UEFA-nın ayırdığı maliyyə vəsaiti AFFA-nın vasitəsilə klubların büdcəsinə köçürülüb.
Allsport.az xəbər verir ki, çempionlar liqasında iştiraka görə “Qarabağ”ın hesabına 1 milyon 140 min avro həmrəylik ödənişi daxil edilib.
UEFA qitə liqasında iştirak üçün “Neftçi”yə 780 min avro, “Qəbələ”yə 260 min avro, “Səbail”ə isə 240 min avro həmrəylik ödənişi verilib.