UEFA-nın yarım əsrlik reytinqində “Qarabağ” ən yaxşımızdır

UEFA Avropa liqasında (keçmişdə UEFA kubpku və kuboklar kuboku) son 50 ilin reytinq cədvəlini açıqlayıb. Allsport.az xəbər verir ki, 1971-2020-ci illər üçün nəzərdə tutulan siyahıda Azərbaycanın 16 klubu yer alıb.

Ən yaxşı nəticə “Qarabağ”dadır. Ağdam təmsilçisi 69 xalla 983 klub arasında 118-ci yerdədir.

“Neftçi” 34 xalla 216-cı, “Qəbələ” 27 xalla 248-cidir. “Xəzər Lənkəran” (10 xal) 471, “Zirə” (5 xal) 601, “Karvan” (5 xal) 606, “Bakı” (5 xal) 631, “Kəpəz” (3 xal) 715, “Olimpik-Şüvəlan” (AZAL, 2 xal) 758-ci, “MKT Araz” (1 xal), 819, “Xəzri Buzovna” (1 xal) 861-ci pillədə qərarlaşıb.

“Səbail” (876), “Simurq” (902), “Turan” (939), “Şəfa” (940) və “Şəmkir”in (950) isə xalı yoxdur.

Həmin kateqoriyadan