UEFA: “PFL azərbaycanlı azarkeşlərin üzünə gülüş gətirdi”

UEFA-nın saytında COVID-19 pandemiyasına görə dayandırılan çempionatlarla bağlı yazı dərc edilib. Allsport.az xəbər verir ki, yazıya “Avropa futbolu COVID-19 virusuna qarşı birləşdi” başlığı verilib.

Azərbaycan peşəkar futbol liqasının sosial şəbəkə hesabında gülüş günü ilə bağlı paylaşdığı fotolar, “Sabah” klubunun koronavirusla mübarizə fondunda 25 min avro ayırması və dəstək videosu hazırlamağı yazıda qeyd edilib:

“Azərbaycan peşəkar futbol liqası evdə qalan azarkeşlər və onların ailələrinin əhval-ruhiyyəsini qaldırmaq üçün sosial şəbəkədə gülüş günü ilə bağlı yerli çempionatın oyunlarından maraqlı fotolar paylaşıb. “Sabah” klubu isə koronavirusla mübarizəyə dəstək fonduna dəstək üçün 25 min avrodan çox pul ayırıb. Klub koronavirusla mübarizə üçün gecə-gündüz çalışan həkim və tibb bacılarına dəstək xarakterli video da hazırlayıb”.

Həmin kateqoriyadan