UEFA “Qarabağ”a qarşı növbəti intizam işi açıb

UEFA-nın nəzarət, etika və intizam komitəsi növbəti dəfə “Qarabağ”a qarşı intizam işi açıb. Allsport.az saytı xəbər verir ki, araşdırma avqustun 13-də
çempionlar liqasının 3-cü ələməsində Tofiq Bəhramov adına respublika stadionunda Kipr APOEL-inə qarşı cavab oyunu ilə əlaqədardır.

Məhkəmə işinə səbəb Ağdam təmsilçisinin azarkeşlərinin həmin qarşılaşmada meydana kənar əşyalar atmasıdır. Bu məsələyə sentyabrın 19-da baxılacaq.

Report.az-ın məlumatına görə, bir müddət əvvəl – iyulun 31-də “Dalğa Arena”da keçirilmiş “Qarabağ” – “Dandalk” (3:0) qarşılaşmasının ikinci hissəsində meydana azarkeşin daxil olması və tribunalarda insident baş verdiyi üçün UEFA tərəfindən Ağdam təmsilçisinə intizam işi açılmışdı.

Həmin kateqoriyadan